10 sentyabr 2011 13:18
Diarra Qəbələdən imtinasının səbəbini açıqladı
Serbiyanın “Partizan” klubunun hücumçusu Lamin Diarra “Qəbələ”dən aldığı dəvəti qəbul etməyib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan klubuna gəlməməsinin səbəbini belə izah edib:
“Qəbələ”yə keçidim riskli addım ola bilərdi. Çünki mən onlar haqda heç nə bilmirdim. Həm də mən özümü “Partizan”da sübut etmək istəyirəm”.
“Qəbələ”yə keçidim riskli addım ola bilərdi. Çünki mən onlar haqda heç nə bilmirdim. Həm də mən özümü “Partizan”da sübut etmək istəyirəm”.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü futbolçu 1 dəfə Seneqal yığmasında da oyuna çıxıb.
