12 sentyabr 2011 01:38
İtaliya çempionatı: İnterlə Roma startdaca uduzdu (YENİLƏNİB)
İtaliya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 2011/12 mövsümünün açılış turunun ilk oyun günündə cəmi 1 qarşılaşma keçirilib.
Qeyd edək ki, əslində İspaniyada yeni mövsüm ötən həftə başlamalıydı. Lakin maaşlarını ala bilməyən futbolçuların yekdilliklə bütün oyunlarla bağlı tətil qərarı ilk turun təxirə salınması ilə nəticələndi. Bu üzdən də yeni mövsümə ikinci turun oyunları ilə start verildi.
Mövsümün açılış matçına gəlincə, son çempion “Milan” doğma divarlar arasında “Lazio”nu qəbul. Qarşılaşmaya daha fəal başlayan qonaqlar 2 erkən qol vursalar da, qalan dəqiqələrdə “Milan” hesabı bərabərləşdirib. Qarşılaşmanın qalan dəqiqələrindəki cəhdlərinə baxmayaraq, tərəflər meydandan 1 xalla ayrılıblar.
İkinci oyun günündə də bir görüş baş tutub. "Napoli" səfərdə "Cesena" ilə qarşılaşıb və qələbə qazanıb.
Hesabat turunun son oyun günündə isə xeyli maraqlı nəticələr qeydə alınıb. Ən gözlənilməz nəticələrdən biri Romada - paytaxtın eyni adlı klubu ilə "Cagliari" arasında baş tutub və qonaqlar çempionatın ilk sürpriz nəticəsini rəsmiləşdiriblər. "Juventus" və "Fiorentina" isə müvafiq olaraq "Parma" və "Bologna" üzərində qələbə qazanıb. Tura "Palermo" - "İnter" matçı ilə yekun vurulub. İlk turun ən qollu qarşılaşması meydan sahiblərinin qələbəsi ilə bitib.
İtaliya A Seriyası
1-ci tur
9 sentyabr
Milan – Lazio – 2:2
Qollar: İbrahimoviç, 29, Kassano, 33 – Kloze, 12, Sisse, 21.
10 sentyabr
Cesena - Napoli - 1:3
Qollar: Quana, 24 - Lavetsi, 3, Kampanyaro, 67, Hamşik, 87.
11 sentyabr
Yuventus - Parma - 4:1
Qollar: Lixtştayner, 17, Pepe, 58, Vida, 73, Markizio 83 - Covinko, 90-pen.
Roma - Cagliari - 1:2
Qollar: De Rossi, 90+3 - Konti, 68, Kabir, 90.
Catania - Siena - 0:0
Chievo - Novara - 2:2
Qollar: Pelisye, 5, Tereau, 24 - Marianini, 27, Paçi, 86.
Fiorentina - Bologna - 2:0
Qollar: Cilardinyo, 20, Çerçi, 47.
Genoa - Atalanta - 2:2
Qollar: Veloso, 6, Mesto, 55 - Morales, 8; 43.
Lecce - Udinese - 0:2
Qollar: Basta, 2, Di Natale, 27.
Palermo – Inter - 4:3
Qollar: Mikkoli, 48; 86, Abel Ernandes, 54, Pinilya, 88 - Milito, 33; 51-pen, Forlan, 90.
