10 sentyabr 2011 13:55
Ramin Musayev: Bunlar hamısı normal şeylərdi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az saytına müsahibəsində Premyer Liqanın geridə qalan 4 turu ilə bağlı fikirlərini açıqlayıb.
- Premyer Liqanın startını necə qiymətləndirərdiz?
- Mövsümün başlanğıcı məni çox təəccübləndirir. Əgər ötən mövsüm yalnız 4-5 komanda çempionluq uğrunda mübarizə aparırdısa, bu mövsüm 12 klubdan 8-i buna iddialıdı. Heç də asan olmayan bu mübarizədə hamısına uğurlar arzulayıram.

- Amma 4 tur ərzində xeyli qalmaqallar da olub. Yenə hakimlikdən ciddi narazılıq var...
- Bunlar hamısı normal şeylərdi. Bizdə artıq uduzan tərəf belə şeylərdə səbəb axtarmağa alışıblar. Özlərindən başqa hamını günahlandırırlar. Yalnız “Qəbələ”nin baş məşqçisi Toni Adams hakimlərlə futbolçuları günahlandırmır. Bütün məsuliyyəti üzərinə götürür.
- Hətta “Qarabağ”la oyunda onların qapısına təyin olunan penalti zamanı da hakimlə razı olduğunu dilə gətirmişdi...
- O, haqlı idi. Orda həqiqətən Çertoqanova qarşı qayda pozuntusu olmuşdu. İlk 4 turda mən Azərbaycanda deyildim. Amma inanın ki, bütün mübahisəli epizodlara özüm dəfələrlə baxmışam.
- Maraqlıdı, “İnter”in prezidenti Georgi Nikolov ona kəsilən cəzanı necə yerinə yetirəcək?
- Bu, onun stadionudu. Arenanın harasından istəsə, oyuna baxa bilər.
- Maraqlıdı, “İnter”in prezidenti Georgi Nikolov ona kəsilən cəzanı necə yerinə yetirəcək?
- Bu, onun stadionudu. Arenanın harasından istəsə, oyuna baxa bilər.
- Yəni ona kəsilən cəza simvolikdi?
- Xeyr. Diskvalifikasiya olunduğu müddətdə çalışacağıq ki, o, oyunu stadiondan görməsin. Bildiyimə görə, onun iş otağından stadiona pəncərə yoxdu.
- Xeyr. Diskvalifikasiya olunduğu müddətdə çalışacağıq ki, o, oyunu stadiondan görməsin. Bildiyimə görə, onun iş otağından stadiona pəncərə yoxdu.
- Hansı klubların yeni mövsümə startı sizi məyus etdi?
- Heç bir klubun. Hətta “Bakı”nın startı və onun 4 penaltini vura bilməməsi də məni təəccübləndirmədi. “Kəpəz”ə məğlubiyyətləri də mənim üçün sensasiya olmadı. Məni daha çox təəccübləndirən və çox məyus edən o oldu ki, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze komandasını meydandan çıxarıb.

- Düşünmürsüz ki, belə qalmaqallar çempionatın davamında daha da çox ola bilər? Axı bu, hələ başlanğıcdı...
- Orda aşkar qayda pozuntusu var idi. Belə çıxır ki, hamı kor idi? Ya da Nikolovla Tsxadadze orda qayda pozuntusunu görməyib.
- “Xəzər Lənkəran” – “Neftçi” oyunundan nə gözləyirsiz?
- Bu oyun həmişə futbol ictimaiyyətinin diqqət mərkəzində olub. Bu klublar böyük azarkeş kütləsinə malikdilər. Proqnoz verə bilmərəm. Amma əminəm ki, heç bir başqa hərəkət olmayacaq. Çünki həmin azarkeşlər elə bir neçə gün öncə birgə Azərbaycan yığmasına azarkeşlik edirdilər.