10 sentyabr 2011 18:42
Aleksandr Səmədovlu Dinamo ÇSKA-ya 4 cavabsız qol vurdu
Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, milli komandamıza dəvət olunan Aleksandr Səmədovun çıxış etdiyi Mokva "Dinamo"su səfərdə ÇSKA-nın qonağı olub.
Moskva derbisi ÇSKA-nın darmadağını ilə yekunlaşıb - 0:4. "Dinamo"nun heyətində Andrey Voronin, Kevin Kuranyi, Leandro Fernandes və Aleksandr Kokorin fərqlənib. Səmədov meydana start heyətində çıxıb və 85-ci dəqiqədə Aleksandr Kokorin tərəfindən əvəzlənib. Azərbaycanlı futbolçu qol ötürməsi verib. Belə ki, qarşılaşmanın 69-cu dəqiqəsində onun küncdən qaldırdığı topu Leandro Fernandes tora qovuşdurub.
Qeyd edək ki, milli komandamızın üzvü Vaqif Cavadovun çıxış etdiyi "Volqa" sabah Vaqif Sadıqovun məşqçi işlədiyi "Anji"nin qonağı olacaq. Mahaçqala klubunun baş məşqçisi Hacı Hacıyev cəzalı olduğundan komandanı meydana Vaqif Sadıqov çıxaracaq. Millimizdən dəvət alan digər həmyerlimiz - Emin Mahmudovun çıxış etdiyi Moskva "Spartak"ı isə "Amkar"ın qonağı olacaq.
