10 sentyabr 2011 19:46
Bəhmən Həsənov: Bizə üçüncü qol üçün beş dəqiqə çatışmadı
“Rəvan” ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 5-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesabı ilə məğlub olduğu görüşlə bağlı bunları dilə gətirib:
“Mən öz futbolçularıma minnətdaram. Onlar əsl xarakter nümayiş etdirdilər. Hətta az qala 3 qol buraxdığımız oyunda məğlubiyyətdən də xilas olacaqdıq. Bizə üçüncü qolu vurmaq üçün beş dəqiqə çatışmadı”.
