10 sentyabr 2011 19:52
Aleksandr Starkov: İkinci hissə bizdə alınmadı
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 5-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis komandasının qazandığı 3:2 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Şadam ki, futbolçularım bu oyunda davam gətirməyi bacardılar. Bu, xüsusilə gənc oyunçularımıza aiddi. İkinci hissə bizdə alınmadı. Bu, yəqin ki, yığmadan qayıdan futbolçularımızın yorğunluğu ilə bağlıdı. Azarkeşlər birinci və ikinci hissələrdə tamam fərqli oyun izlədilər. Birinci hissədə həm oyundan, həm də hesabdan razı qaldım. İkinci hissədə isə çox gərgin mübarizənin şahidi olduq. Azarkeşləri son dəqiqələrə kimi həyəcan içində saxlayan bir qarşılaşma alındı. Bütövlükdə, komandanın oyunundan və nəticədən razıyam”.
