10 sentyabr 2011 22:18
“Hücum xəttini gücləndirmək üçün bir qədər də çalışacağıq”
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 5-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis komandasının qazandığı 1:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Oyun gərgin mübarizə şəraitində keçdi. Buna baxmayaraq, matçın əvvəlindən sonuna qədər oyuna nəzarət etməyi bacardıq. Futbolçularımın oyunundan və nəticədən razıyam. Bizim qarşıda “Sumqayıt Şəhər” və AZAL ilə vacib oyunlarımız var. Hücum xəttinin gücləndirilməsi üçün bir qədər də çalışacağıq”.
