10 sentyabr 2011 22:23
Sergey Yuran məsuliyyəti qapıçının üzərinə atdı
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 5-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesabı ilə məğlub olduğu görüşlə bağlı bunları dilə gətirib:
“Qapıçının səhvi məğlub olmağımıza səbəb oldu. Bəlkə də o səhv olmasaydı, oyun başqa hesabla nəticələnərdi. Belə bir səhvə görə məğlub olduğumuz üçün təəssüf edirəm. Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. “Simurq”un heyətində bir neçə yeni futbolçu var. Komanda formalaşma mərhələsindədi. İstədiyimiz oyunu nümayiş etdirmək üçün bir neçə oyun da keçirməliyik”.
