10 sentyabr 2011 22:49
Böyükağa Hacıyev: Məğlubiyyətə baxmayaraq, heç nə itirilməyib
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 5-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesabı ilə məğlub olduğu görüşlə bağlı bunları dilə gətirib:
"Xəzər Lənkəran"la oyun həmişə gərgin keçib. Bəzi oyunçular milli komandaların heyətində çıxış etdiyindən komandaya yorğun qayıtmışdılar. Komanda bir az gec toplandı. Məğlubiyyətə baxmayaraq, heç nə itirilməyib, qarşıda uzun marafonumuz var. "Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm. Hələlik Fərid Quliyevin fiziki hazırlığı məni qane etmir. Bugünkü oyunda tək hücumçumuz Bahodir Nasimovun da oyunu məni qane etmədi. Gələcəkdə daha bir hücumçu almağı düşünürük".
