10 sentyabr 2011 21:55
Neftçi XL-a uduzdu, İnter və Bakı qələbə qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Hesabat turuna “Bakı” - “Rəvan” oyunu ilə start verilib. "Zolaqlılar" nəhayət ki, qol və qələbə sevinci yaşayıblar Turun digər oyununda “İnter” “Şəfa” stadionunda autsayder “Simurq”u minimal hesabla məğlub edib. 5-ci turun ən maraqlı qarşılaşması isə Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran”la son çempion “Neftçi” arasında keçirilib. Lider son çempionu məğlub yola salıb.
Premyer Liqa
5-ci tur
10 sentyabr (şənbə)
XƏZƏR LƏNKƏRAN - NEFTÇİ - 1:0 (2-ci hissə)
Qol: R.Abışov, 42-öz qapısına (1:0).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İlham Əliyev, Orxan Məmmədov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
3. "Neftçi"nin cərimə zərbəsindən fərqlənmək şansı. Rəşad Adullayevin zərbəsin qapıdan aralı keçir
8. "Neftçi"nin təhlükəli hücumu zamanı Kamran Ağayev topa yiyələnir
10. Meydan sahiblərinin ilk təhlükəli hücumu zamanı qonaq müdafiəçilər topu kornerə çıxarırlar
11. Künc zərbəsi zamanı Eldar İsmayılovun zərbəsi də müdafiəçilərdən dönür
15. "Neftçi" hələ ki, səfərdə pis təsir bağışlamır və topa daha çoxnəzarət edən tərəfdi
20. Oyunun tempi bir qədər aşağı düşüb və tərəflər meydanın mərkəzində mübarizə aparırlar
22. Rikardo Qomeş oyunda sarı vərəqə alan ilk futolçu olur
24. Eder Bonfim qapıya doğru uğursuz zərbə endirir
27. Katalin Domanın da zərbəsində dəqiqlik çatışmır
28. Bahodir Nasimova qarşı cərimə meydançası yaxınlığında kobudluğa görə cərimə zərbəsi təyin olunur
29. Abdullayevin daha bir cərimə zərbəsi qapıdan yan keçir
33. Bonfimin daha bir zərbəsi dəqiq alınmır
36. Adrian Pit də uzaqdan zərbə ilə şansını yoxlayır. Qeyri-dəqiqdi
38. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı Emeka Oparanın qapıya endirdiyi baş zərbəsini son anda Saşa Stamenkoviç əla reaksiya ilə geri qaytarır
42. XL cərimə zərbəsi qazanır. Domanın yerinə yetirdiyi cərimə zərbəsi zamanı Ruslan Abışovun topa başla toxunuşu avtoqolla nəticələnir - 1:0
45. XL eyni nöqtədə daha bir cərimə zərbəsi qazanır. Domanın ötürməsini bu dəfə müdafiəçilər geri qaytarırlar
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Neftçi"də Cavid Hüseynovu Cavid İmamverdiyev əvəzləyir
46. XL-da isə Eldar İsmayılovun əvəzində meydana Elnur Abdullayev çıxır
52. Komandalar ikinci hissəyə hücumlarla başlasalar da, real qol vəziyyəti yoxdu
53. "Neftçi"nin heyətində Abışovun uzaqdan zərbəsini Kamran tutur
56. Cavid İmamverdiyev qapıya doğru çox uğursuz zərbə vurur
57. Oparanın əvəzində meydana Deyan Rusiç çıxır
60. Georgiyevski başla topu qapıya göndərir... Lakin öncə ofsayd qərarı var idi
60. "Neftçi" hücumlarının sayını artırsa da, hələlik bəhrəsizdi. XL isə artıq əks-hücum taktiksı seçib
62. Rəşad Abdullayevin əvəzində meydana Araz Abdullayev çıxır
62. Elnur Abdullayev də sarı vərəqə ilə cəzalanır
63. XL rəqibi əks-hücumda yaxalasa da, Rahidin ikinci qolu vurmaq istəyi alınmır
68. Oyunun tempi xeyli aşağı düşüb
69. Rahidin qapı qarşısına təhlükəli ötürməsinə oyundaşları toxuna bilmirlər
72. "Neftçi"nin cərimə zərbəsindən fərqlənmək istəyi baş tutmur
73. Korner zamanı isə Flavinyonun zərbəsində azacıq dəqiqlik çatışmır
75. Qonaqlar böyük ərazi üstünlüyünə malik olsalar da, bu, heabda öz əksini tapmır
76. Rusiçin təhlükəli zərbəsini Stamenkoviç qaytarır
79. "Neftçi" təhlükəli mövqedən daha bir cərimə zərbəsi yerinə yetirəcək
80. Flavinyonun zərbəsi düz Kamranın qucağına düşür
83. Ruslan Abışovun əvəzində meydana Mirhüseyn Seyidov çıxır
85. XL-ın künc zərbəsindən fərqlənmək istəyi baş tutmur
88. Doman yerini Alim Qurbanova verir
90. Araz Abdullayevin cərimə zərbəsini Kamran zərərsizləşdirir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Ənənəvi olaraq bu dəfə də futbolçular arasında gərginlik yaşanır
Matç başa çatdı
İNTER - SİMURQ - 1:0 (0:0)
Qol: Valeri Abramidze, 53 (1:0).
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Habil Əliyev, Fariz Yusifov.
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
Matç hələ ki, sakit məcrada keçir və xüsusi qol epizodu yoxdu
"İnter"in ilk təhlükəli hücumu zamanı qapıçı Adnan Hodziç komandasını qoldan xilas edir
Petar Zlatinovun təhlükəli zərbəsi qol gətirmir
"İnter" hissənin sonlarında təzyiqi artırsa da, qol vura bilmir
Andrey Rubin yüz faizli qol imkanını dəyərləndirə bilmir. O, meydan sahiblərinin qapıçısını da aldadır, amma qapıya dəqiq zərbə vura bilmir
İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"İnter" ikinci hissəyə daha fəal başlayıb
Zlatinovun zərbəsi yan keçir
53. Valeri Abramidze nəhayət ki, meydan sahiblərini hesabda önə keçirir - 1:0
"İnter" qoldan sonra da hücumlarını davam etdirir
"Simurq" rəqibi ilə başa-baş mübarizə aparsa da, hələ ki, qol vura bilmir
Matç başa çatdı
BAKI - RƏVAN - 3:2 (3:0)
Qol: A.Şoliç, 7 (1:0), D.İvanov, 20 (2:0), A.Şoliç, 29 (3:0), K.Torres, 70 (3:1), S.Çernışev, 79 (3:2)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı
3. "Bakı"nın təhlükəli hücumu zamanı qonaqları qapıçı Davud Kərimi qoldan xilas edir
5. Hər iki komanda oyuna fəal başlayır
7. Aleksandr Şoliç cərimə meydançası daxilində topu qəbul edib, rahatca tora qovuşdurdu - 1:0
7. Bu, "Bakı"nın yeni mövsümdə vurduğu ilk qoldu
10. Ramazan Abbasov uzaqdan zərbə ilə keçmiş klubunu cəzalandırmağa çalışsa da, hesabı bərabərləşdrə bilmir
11. Rəhman Hacıyev bir neçə metrlik məsafədən qapını dəqiq nişan ala bilmir
16. Tural Cəlilova qarşı qayda pozuntusuna görə "Rəvan" cərimə zərbəsi qazanır. Lakin qonaqlar bu şansdan da yararlana bilmirlər
19. Maris Verpakovski qapıçı ilə üz-üzə qalsa da, Kərimi onun qol vurmasına imkan vermir
20. Künc zərbəsi zamanı isə Şoliçin ötürməsini Denis İvanov başla tora qovuşdurur - 2:0
22. Reys Klaudiney kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
23. Verpakovski daha bir qol epizodunu boşa verir
25. "Rəvan"da Tural Cəlilovun əvəzində meydana Samuel Barlay çıxır
29. Şoliç cərimə meydançası həndəvərindən özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:0
35. "Rəvan"ın fərqi azaltmaq cəhdləri hələ ki, bəhrəsizdi
38. Barlayın zərbəsi qapıdan azacıq aralı keçir
45. "Rəvan"ın təhlükəli hücumu zamanı hər şey meydan sahibləri üçün yaxşı qurtarır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Tagim Novruzov hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
54. Klaudineyə qarşı qayda pozuntusu və təhlükəli nöqtədən cərimə zərbəsi təyin olunur. Zərərçəkənin özünün yerinə yetirdiyi cərimə zərbəsi canlı səddən dönür
56. Elvin Əliyev kobud oyuna görə sarı vərəqə alır
58. Kristian Torresin uzaqdan zərbəsi dəqiq olmur
63. Qonaqların təhlükəli hücumu zamanı son anda hər şey "Bakı" üçün yaxşı qurtarır
65. Elvin Əliyev yerini Novruz Məmmədova verir
67. "Bakı"da daha bir əvəzləmə: Uinston Parksın əvəzində meydana Nurlan Novruzov çıxır
69. "Rəvan"ın çox təhlükəli hücumu zamanı "Bakı"nın bəxti gətirir
69. Anxel Qutyerresin əvəzində meydana Sergey Çernışev daxil olur
70. Torres cərimə meydançasına daxil oaraq qapıya dəqiq zərbə endirir - 3:1
71. Ramazan Abbasov sarı vərəqə ilə cəzalanır
75. "Bakı"da son dəyişiklik: Verpakovski yerini Emin Cəfərquliyevə verir
79. Cərimə zərbəsi zamanı Şarliya rəqib futbolçunun qola sevinməsinə mane ola bilsə də, Çernışevin təkrar zərbəsi qarşısında aciz qalır - 3:2
81. Klaudiney rəqibin cərimə meydançasına asanlıqla daxil olub qapıya zərbə endirsə də, "Bakı"nn bəxti gətirir
85. "Bakı" tam olaraq müdafiəyə çəkilib və 10 nəfərlə qalan "Rəvan"ı əks-hücumlarda yaxalamağa çalışır. Qonaqlar isə azlıqda qalmasına rəğmən, hücumlarını davam etdirirlər
87. Klaudineyin daha bir zərbəsi qapıdan yan keçir
87. Miloş Zeçeviç də sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
Turun qalan görüşləri sabah baş tutacaq: Qəbələ - Turan, Sumqayıt Şəhər – Qarabağ, Kəpəz – AZAL.
|
1
|
Xəzər Lənkəran
|
5
|
4
|
1
|
0
|
10-3
|
13
|
|
2
|
Qəbələ
|
4
|
2
|
2
|
0
|
4-2
|
8
|
|
3
|
Bakı
|
5
|
2
|
2
|
1
|
6-5
|
8
|
|
4
|
AZAL
|
4
|
2
|
1
|
1
|
7-5
|
7
|
|
5
|
Neftçi
|
4
|
2
|
0
|
2
|
6-4
|
6
|
|
6
|
Kəpəz
|
4
|
2
|
0
|
2
|
8-7
|
6
|
|
7
|
Qarabağ
|
3
|
2
|
0
|
1
|
3-2
|
6
|
|
8
|
Turan
|
4
|
2
|
0
|
2
|
5-5
|
6
|
|
9
|
İnter
|
4
|
2
|
0
|
2
|
2-4
|
6
|
|
10
|
Rəvan
|
5
|
0
|
2
|
3
|
6-9
|
2
|
|
11
|
Simurq
|
5
|
0
|
2
|
3
|
1-6
|
2
|
|
12
|
Sumqayıt Şəhər
|
3
|
0
|
0
|
3
|
2-8
|
0
|
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Sergey Artyux (Turan).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran), Yuri Fomenko (Kəpəz).
