10 sentyabr 2011 11:32

Azərbaycanla oyuna görə Mallorcaya transfer ola bilmədi

Futbol üzrə Belçika yığmasının hücumçusu Marvin Oqunjimi xoşagəlməz hadisə ilə üzləşib. Azerisport.az xəbər verir ki, o, bu olayla məhz AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşmaq üçün çağırıldığı ölkəsinin yığma komandasında qarşılaşıb.
 
Belə ki, Belçikanın “Genk” klubunda çıxış edən futbolçu İspaniyanın “Mallorca” klubuna keçməyə hazırlaşırmış. Hətta tərəflər 2,4 milyon avroluq transfer haqqı qarşılığında anlaşıblarmış. O, məhz yığmanın düşərgəsində olarkən transfer pəncərəsinin son günündə - avqustun 31-də ispanlarla sözləşmə də imzalayıb. Amma hər şeyə rəğmən gecə yarısına qədər lazımı sənədləri hazırlaya bilməyən “Mallorca” cəmi 7 dəqiqəlik gecikmə səbəbindən, bu transferə razılıq ala bilməyib.
 
Bu üzdən də Oqunjimi ən azı yanvara ayına kimi yenə “Genk”də çıxış etməli olacaq. Maraq üçün onu da bildirək ki, Oqunjimi sentyabrın 2-də keçirilən Azərbaycan – Belçika matçında nəinki çıxış etmədi, heç ilk “18-liy”ə də salınmamışdı.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.