10 sentyabr 2011 12:04
Fırtınalar meydanı Böyük oyuna tam hazırdı
Lənkəran şəhər mərkəzi stadionu “Böyük oyun”a tam hazırdı. Azerisport.az xəbər verir ki, son dövrlər qazonu yararsız hala düşən “Fırtınalar meydanı”nda aparılan işlər nəticəsində arenanın ot örtüyü yenidən qaydasına salınıb.
Bu isə 5-ci turun “Xəzər Lənkəran” – “Neftçi” matçının daha maraqlı keçəcəyinə şərait yaratmış olacaq. Xatırladaq ki, aparılan işlərə son günlər yağan yağış mane olsa da, hazırda “Xəzər Lənkəran”ın stadionunun ot örtüyündə heç bir problemin olmadığı bildirilir.
