10 sentyabr 2011 12:34
Rəşad Abdullayev: Özümüzü oyundan öncə "yandırmaq" istəmirik
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev bu gün keçiriləcək Premyer Liqanın 5-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komanda olaraq biz intriqanı daha da qızışdırmamağa çalışırıq. Əlbəttə, oyun ətrafındakı ajiotaj heç də az deyil. Amma biz oyun ərəfəsində özümüzü "yandırmaq" istəmirik. Şübhəsiz ki, oyunun gedişində matçın məsuliyyətini daha yaxşı dərk edirsən. Oyundan öncə isə əlavə nəyəsə ehtiyac yoxdu”.