10 sentyabr 2011 00:46
“Azərbaycan yığması üzərində qələbə qazanmağa borcluyuq”
Futzal üzrə Portuqaliya yığmasının baş məşqçisi Jorj Braz AÇ-2012-nin final mərhələsinin püşkünün nəticələrini dəyərləndirib. Azerisport.az xəbər verir ki, Azərbaycanla eyni qrupa düşən portəgizlərin çalışdırıcısı bunları dilə gətirib:
“Biz daha çox Azərbaycanla oyuna köklənməliyik. Çünki bizim ilk və əsas rəqibimiz bu komanda olacaq. Bu rəqiblə bizi çox çətin oyun gözləyir. Amma biz qələbə qazanmağa borcluyuq”.
“Biz daha çox Azərbaycanla oyuna köklənməliyik. Çünki bizim ilk və əsas rəqibimiz bu komanda olacaq. Bu rəqiblə bizi çox çətin oyun gözləyir. Amma biz qələbə qazanmağa borcluyuq”.
Qeyd edək ki, D qrupunda yer alan Azərbaycan və Portuqaliya yığmaları pley-offa çıxmaq uğrunda Serbiya ilə də mübarizə aparacaq.
