11 sentyabr 2011 00:53
Amit Quluzadə Türkiyə çempionatında debüt etdi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Bank Asya birinci liqasında 1-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Amit Quluzadənin şərəfini qoruduğu “Kayseri Erciyesspor” da 2011/12 mövsümündəki ilk oyununa məhz bu gün çıxıb.
Kayseri təmsilçisi səfərdə “Bucaspor”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin kəskin hücumları ilə başlayıb və bucalılar tezliklə hesabı açıblar. Lakin 77-ci dəqiqədə Emrahın vurduğu qol Kayseri klubuna çətin səfərdən bir xalla qayıtmağa şərait yaradıb. Beləcə, "Kayseri Erciyesspor" mövsümə heç-heçə ilə başlayıb.
Qeyd edək ki, “Kayseri Erciyesspor”a bu yay transfer olunan “Neftçi”nin sabiq yarımmüdafiəçisinin də bu gün yeni komandasının heyətində ilk rəsmi matçına çıxması gözlənilirdi. Onun adı start heyətində yer almasa da, ilk "18-liy"ə salınmışdı. Qarşılaşmanın 74-cü dəqiqəsində isə baş məşqçi Amiti də meydana buraxıb. Məhz onun oyuna daxil olmasından 3 dəqiqə sonra komandası məğlubiyyətdən qaça bilib. Futbolçumuz ciddi nə iləsə yadda qalmayıb.
Bank Asya birinci liqa
1-ci tur
10 sentyabr
Bucaspor - Kayseri Erciyesspor - 1:1 (1:0)
