11 sentyabr 2011 13:07
Vurğun Hüseynov: Turanla qarşılaşma mənim üçün adi bir oyun olacaq
“Qəbələ”nin müdafiəçisi Vurğun Hüseynov Premyer Liqanın 5-ci turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, keçmiş klubuna qarşı oyunla bağlı bunları dilə gətirib:
“Düzdü, son mövsümü “Turan”da keçirmişəm. Amma bu komandayla qarşılaşma mənim üçün adi bir oyun olacaq. Heç bir prinsipiallıqdan söhbət gedə bilməz. Bu komandayla oyuna gəlincə, “Turan”ın əsas gücü baş məşqçisindədi. Əsgər Abdullayev həmişən sürpriz komanda hazırlaya bilir. Amma biz onları evdə qəbul edəcəyik. Bu üzdən xal itirməyə haqqımız yoxdu”.