11 sentyabr 2011 13:30

“Qazaxıstan və Belçikadan alınan 4 xal hər şeyi unutdurdu”

“Qəbələ”nin müdafiəçisi Vurğun Hüseynov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 5-ci turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb, millinin oyunlarından danışıb.
 
“Məndə yorğunluq yoxdu. Bütün yığma üzvlərinə istirahət verilmişdi. Həkim nəzarətində bərpa prosesi keçdik. Əgər baş məşqçi istəsə, “Turan”a qarşı oynayacağam. Hesab edirəm ki, komanda arxayınlaşmamalıdı. Əsas odu ki, qələbə qazanaq. Əgər biz avrokuboklara düşmək istəyiriksə, hər oyunda qələbəyə köklənməyə borcluyuq. Bizə ancaq öz oyunlarımız vacibdi. İndi liderlər qrupunda olsaq da, çempionatın sonunda kimin hansı pillədə olacağını indidən heç kim deyə bilməz” – deyə, Hüseynov çempionatdakı durumlarını dəyərləndirib.
 
Millimizin müdafiəçisi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika və Qazaxıstana qarşı keçirdikləri oyunlardan da danışıb: “Mən nə bacarırdımsa, etdim. Qiymət verə bilmərəm. Hələ mənə çox işləmək lazımdı. Onda daha yaxşı oynamış olaram. Mənim uğurlarımda klubumun da rolu var. Hansı ki, ilk gündən mənə güvənirlər. Müəyyən qədər yorulsaq da, iki oyuna qazandığımız 4 xal hər şeyi unutdurdu. Bizim qazaxlardan revanş almağımız daha vacib idi. Qarşıda daha iki oyunumuz var. Avstriya ilə Bakıda oyuna daha böyük ümidlər var. Bakıda biz istənilən rəqiblə oyuna yaxşı köklənə bilərik. Uşaqlar ev oyunlarında heç nədən qorxmurlar. Bu üzdən də nəticəmizi daha da yaxşılaşdıra bilərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.