12 sentyabr 2011 01:55
Fransa çempionatı: Montpellier fırtınasına davam (YENİLƏNİB)
Fransa çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
“Ajaccio” doğma meydanda “Valenciennes” üzərində asan qələbəyə sevinib. “Bordeaux” “Evian” görüşündə qapılara qol vurulmayıbsa, “Caen” “Toulouse”ya minimal hesabla uduzub. Lion “Olympique”i səfərdə “Dijon”u çətinliklə yenib. Son çempion “Lille” isə “Saint-Etienne”ə heç bir şans verməyib. Yeni mövsümə uğursuz başlayan və qələbə üzünə həsrət qalan Marsel “Olympique”i isə bu dəfə də “Rennes”ə evdə uduzmaqla, növbəti şok yaşayıb.
Hesabat turuna bazar günü keçirilən 3 oyunla yekun vurulub. “Montpellier” “Nice” üzərində minimal hesablı qələbəyə sevinib. Bu, sözügedən komandaya zirvədə möhkəmlənməyə kömək edib. “Nancy” “Auxerre” ilə dueldən qolsuz heç-heçə ilə ayrılıb. PSG isə “Brest”lə qarşılaşmada qələbəyə sevinib.
Fransa, Liqa 1
5-ci tur
10 sentyabr
Ajaccio – Valenciennes – 3:1
Qollar: Sammaritano, 47; 54, İlan, 58 – Daniç, 36.
Bordeaux – Evian – 0:0
Caen – Toulouse – 0:1
Qol: Kapu, 90.
Dijon – Olympique (Lion) – 1:2
Qollar: Korqnet, 43 – Qonalons, 7, Qomis, 53.
Saint-Etienne – Lille – 1:3
Qollar: Rozenal, 7-öz qapısına – Hazard, 55, 74, Obranyak, 84.
Sochaux – Lorient – 1:1
Qollar: Butin, 40 – Emeqhara, 88.
Olympique (Marsel) – Rennes – 0:1
Qol: Ekoko, 76.
11 sentyabr
Montpellier - Nice - 1:0
Qol: Kamara, 75.
Nancy - Auxerre
PSG - Brest - 1:0
Qol: Pastore, 68.
| 1 | Montpellier | 5 | 4 | 0 | 1 | 10 | - | 3 | 12 |
| 2 | O.Lion | 5 | 3 | 2 | 0 | 9 | - | 5 | 11 |
| 3 | Lille | 5 | 3 | 1 | 1 | 9 | - | 6 | 10 |
| 4 | Toulouse | 5 | 3 | 1 | 1 | 7 | - | 4 | 10 |
| 4 | PSG | 5 | 3 | 1 | 1 | 7 | - | 4 | 10 |
| 6 | Rennes | 5 | 3 | 1 | 1 | 10 | - | 8 | 10 |
| 7 | Sochaux | 5 | 2 | 2 | 1 | 8 | - | 7 | 8 |
| 8 | Lorient | 5 | 2 | 2 | 1 | 5 | - | 5 | 8 |
| 9 | Saint Etienne | 5 | 2 | 1 | 2 | 5 | - | 6 | 7 |
| 10 | Auxerre | 5 | 1 | 3 | 1 | 8 | - | 7 | 6 |
| 11 | Bordeaux | 5 | 1 | 3 | 1 | 5 | - | 5 | 6 |
| 12 | Evian | 5 | 1 | 3 | 1 | 4 | - | 4 | 6 |
| 13 | Caen | 5 | 2 | 0 | 3 | 6 | - | 7 | 6 |
| 14 | Dijon | 5 | 2 | 0 | 3 | 5 | - | 9 | 6 |
| 15 | Ajaccio | 5 | 1 | 2 | 2 | 6 | - | 9 | 5 |
| 16 | Brest | 5 | 0 | 4 | 1 | 3 | - | 4 | 4 |
| 17 | O. Marsel | 5 | 0 | 3 | 2 | 6 | - | 8 | 3 |
| 18 | Nancy | 5 | 0 | 2 | 3 | 3 | - | 6 | 2 |
| 19 | Nice | 5 | 0 | 2 | 3 | 2 | - | 6 | 2 |
| 20 | Valenciennes | 5 | 0 | 1 | 4 | 3 | - | 8 | 1 |
