11 sentyabr 2011 23:25

Sadıqov Cavadovsuz Volqa üzərində qələbəyə sevindi (YENİLƏNİB)

Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu gün hesabat turu çərçivəsində azərbaycanlı futbolsevərlər üçün böyük maraq kəsb edən bir görüş baş tutub.
 
Belə ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı "Anji" doğma meydanda Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun çıxış etdiyi "Volqa"nı qəbul edib. Qarşılaşma Mahaçqalada keçirilib.
 
Qeyd edək ki, "Anji"nin işləri bu mövsüm heç də pis getmirdi. Belə ki, Mahaçqala klubu bu oyundan öncə 37 xalla 6-cı pillədəydi və liderlərdən 9 xal geri qalırdı. Nijni Novqorod klubunun işləri isə heç də yaxşı getmirdi. Elitada qalmaq uğrunda mübarizə aparan Cavadovun komandası 20 xalla 16 komanda arasında 12-ciydi.
 
Yeri gəlmişkən vurğulayaq ki, Mahaçqala klubunun baş məşqçisi Hacı Hacıyev cəzalı olduğundan komandanı bu oyunda meydana Vaqif Sadıqov çıxarmışdı. Bir qayda olaraq hər dəfə sonradan meydana çıxan Cavadovun da Sadıqovun komandasına qarşı oynaması istisna olunmurdu. Lakin təəssüf ki, o, bu oyunda ilk "18-liy"ə salınmamışdı.
 
Oyuna gəlincə, Cavadovun komanda yoldaşları erkən qol vursalar da, qalan dəqiqələr ərzində Eto`O, Roberto Karlos kimi dünya şöhrətli ulduzlara malik Sadıqovun komandası əzmkar qələbə qazanmağı bacardı.
 
Sonda onu da qeyd edək ki, millimizdən dəvət alan həmyerlimiz Emin Mahmudovun çıxış etdiyi Moskva "Spartak"ı da bu gün "Amkar"ın qonağı olub və 1:0 hesabıya qələbə qazanıb. Emin ehtiyatda qalıb.
 
Rusiya Premyer Liqası
23-cü tur
11 sentyabr
 
Anji - Volqa - 2:1 (1:1)
Qollar: Eto`O, 17, Şulenin, 61-öz qapısına - Pleşan, 4.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.