11 sentyabr 2011 15:45

“Biz Neftçidən daha yaxşı oynayıb, layiqli qələbə qazandıq”

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rikardo Qomeş Premyer Liqanın 5-ci turunun “Neftçi” ilə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” ilə oyunu necə dəyərləndirərdiz?
- Mənim üçün bu, ilk “Böyük oyun” idi. Stadiondakı atmosfer, meydandakı mübarizə mənim çox xoşuma gəldi. Hər iki komanda qələbə üçün döyüşdü və öz ustalığını göstərdi. Hakimin start fitindən öncə arenaya baxdım və azarkeşlərin matçın başlamasını necə maraqla gözlədiklərini gördüm. Əlbəttə, matçın gedişində biz ancaq oyun haqda düşünürük. Amma lənkəranlı fanatların dəstəyi sayəsində biz daha yaxşı oynayırıq. Qazandığımız uğuru da həmin azarkeşlərimizə həsr edirik. Onlar həmişə yanımızdadılar. Məşqlərdə də, oyunlarda da. Heç vaxt bizi yalnız qoymurlar. Bu, onların “Xəzər Lənkəran”ı necə sevdiklərini göstərir.
 
- Rəqibin oyununu necə qiymətləndirərdiz?
- “Neftçi”də çoxlu yaxşı futbolçular var. Onlar göstərdilər ki, bizimlə oyuna çox yaxşı hazırlaşmışdılar. Hər iki komanda 90 dəqiqə hücum etdi. Rəqibimiz yaxşı oynadı. Aydın məsələdi ki, “Xəzər Lənkəran”a qarşı Lənkəranda oynamaq çox çətindi. Amma istənilən halda rəqibdən daha yaxşı təsir bağışladığımızı düşünürəm. “Neftçi” üçün bu oyundakı məğlubiyyətlə hər şey bitməyib. Qarşıda onları çoxlu çətin oyunlar gözləyir.

- “Xəzər Lənkəran” “Neftçi”ni nəyin sayəsində məğlub etdi?
- Ola bilsin ki, biz qələbəni daha çox arzulayırmışıq. Daha yaxşı oynadıq və qələbəyə layiq idik. Oyuna da yaxşı köklənmişdik. Heyətimizdə yeni futbolçular çox olsa da, sona kimi döyüşdük. Amma bizim daha yaxşı oyunlarımız hələ qarşıdadı. Hər oyunda “artırırıq”.
 
- Amma 90 dəqiqə ərzində qol vura bilməyən XL rəqibin avtoqoluna sevindi...
- Biz “Neftçi”nin müdafiəçisini səhv buraxmağa məcbur etdik. Fikrimcə, Ruslan Abışovun avtoqolu olmasaydı da, biz qələbə qolunu özümüz vuracaqdıq. Belə oyunlarda çox qol vurmaq yox, kimin qələbə qazanması daha vacib əhəmiyyət kəsb edir. Bu günkü derbidə XL qələbə qazandı. Hər iki komandanın qol vəziyyətləri vardı. Sadəcə biz müdafiədə daha səliqəli oynayıb, rəqibə sevinməyə imkan vermədik. Təbii ki, çempionluq yolundakı əsas rəqiblərindən birini məğlub etmək həmişə xoşdu.

- İlk “Böyük oyun”unuz nə ilə yadda qaldı?
- Fikrimcə, “Xəzər Lənkəran” – “Neftçi” oyunları çempionatın məğzidi. Əlbəttə, mən hələ bir çox komandalara qarşı oynamamışam. Bu derbiyə gəlincə, qələbə, azarkeşlərin dəstəyi və yaxşı oyunla yadda qaldı. Qarşıda bizi çoxlu oyunlar gözləyir. Bu qələbədən sonra çoxlu iş gördüyümüzü deyə bilmərik. Bu, hələ heç nə demək deyil.
 
- Amma bu qələbə zirvədə daha da möhkəmlənməyinizə şərait yaratdı...
- Çempionatın lideri olmaq çox xoşdu. Xüsusilə də, belə rəqibi məğlub etdikdən sonra. Amma “Xəzər Lənkəran”ın hədəfi bütün rəqiblərini məğlub etməkdi. Əgər bu gün ilk pillədə gediriksə, deməli, buna layiqik. Sona kimi lider qalmaq istəyirik. İstisna deyil ki, xal itkilərimiz də olacaq. Qarşıda çoxlu ağır oyunlarımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.