11 sentyabr 2011 17:41
Qurban Qurbanov SŞ-lə oyuna yetişə bildi
“Qarabağ”ı Premyer Liqanın 5-ci turunun “Sumqayıt Şəhər”lə oyununa gözlənildiyi kimi, baş məşqçi Qurban Qurbanov özü çıxarıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Almaniyaya səfərini başa vuraraq, bu gün vətənə qayıdıb.
Qeyd edək ki, Qurbanovun Almaniyaya səfərində əsas məqsədi Dortmund “Borussia”sının hazırlıq proseslərini yaxından izləmək, təcrübə keçmək idi. O, Dortmundda sözügedən klubun rəsmilərilə bir sıra maraqlı görüşlər keçirib.
