11 sentyabr 2011 19:48
Toni Adams: Narazı qalsam da, ümumilikdə yaxşı oynadıq
Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunda öz meydanında “Turan” klubu ilə qarşılaşan “Qəbələ” əzmkar qələbə qazanaraq xal ehtiyatını 11-ə çatdırdı. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin çalışdırıcısı Toni Adams 2:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Oyunun ilk on beş dəqiqəsindən narazı qalsam da, ümumilikdə yaxşı oynadıq. “Turan” çox güclü komandadı. Bu gün onlar da gözəl oyun nümayiş etdirdilər. Çətinliklə də olsa qələbə qazandıq. “Turan”a gələcək oyunlarda uğurlar arzulayıram”.
