11 sentyabr 2011 19:57
Əsgər Abdullayev: Bu gün bunu görmədik
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 5-ci turunun “Qəbələ” ilə oyunun şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“İlk qolu biz vursaq da, oyunun gedişində “Qəbələ” futbolçuları üstünlüyü ələ aldı. Həmişə futbolçularıma cərimə meydançası yaxınlığında sakit oynamağı tapşırıram, ancaq bu gün bunu görmədik. “Qəbələ” klubu çox gözəl oyun nümayiş etdirdi. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.
