11 sentyabr 2011 20:04
“Oyun başlayan kimi qol vurmağımız bizə üstünlük verdi”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunda AZAL komandasını qəbul edən "Kəpəz" rəqibini 3:1 hesabı ilə məğlub edərək turnir cədvəlində 3-cü pilləyə yüksəldi. Azerisport.az xəbər verir ki, oyundan sonra “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev oyunla bağlı bunları dilə gətirib:
“Oyun başlayan kimi qol vurmağımız bizə üstünlük verdi. Bundan sonra AZAL demək olar ki, oyunda üstünlüyü ələ aldı. Hər iki komandanın qol vurmağa imkanları oldu. Qol vurandan sonra bizim əsas məqsədimiz hesabı saxlayıb, rəqibi əks-hücumlarda yaxalamaq idi. Futbolçularımın oyunundan razıyam. Bizə qələbə lazım idi, onu da qazandıq”.
