11 sentyabr 2011 20:06
Elxan Abdullayev: Futbolçularımın oyunundan narazı qaldım
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 5-ci turunun “Kəpəz”lə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:3 hesablı yenilgisi ilə bağlı bunları söyləyib:
“Öz futbolçularımın oyunundan narazı qaldım. Çox böyük səhvlərə yol verdilər. Buraxdığımız səhvlərin üzərində işləyəcəyik. Çalışacağıq ki, bir də bu cür səhvlərə yol verməyək. Rəqibimiz layiq olduğu qələbəni qazandı. “Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm”.
