11 sentyabr 2011 20:46
Bernard Raab: Futbolçularım sübut etdilər ki…
Premyer Liqanın 5-ci turunda "Qarabağ"la qarşılaşan "Sumqayıt Şəhər" oyunboyu qapısının toxunulmaz saxlayaraq mövsümdə ilk xalını qazandı. Azerisport.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında “Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab bunları dilə gətirib:
“Taktiki cəhətdən intizamlı oynamağımız bizə çox kömək oldu. İki epizodda qol vurmaq imkanımız oldu. Qapıçımız bizə çox kömək oldu. İkinci hissədə bəxtimiz gətirdi ki, “Qarabağ” qol vura bilmədi. Bir az da bəxtimiz gətirsəydi biz hesabı açardıq. Futbolçularım sübut etdilər ki, 90 dəqiqə intizamlı oyunla istənilən rəqiblə başabaş mübarizə apara bilərlər. Komandamı təbrik edirəm”.
