12 sentyabr 2011 00:03
Qarabağ Premyer Liqada xalsız komanda qoymadı
Premyer Liqada daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 5-ci turun son oyun günündə də 3 görüş keçirildi.
Şübhəsiz ki, turun daha çox maraq doğuran görüşlərindən biri Gəncədə keçirilirdi. Burda yeni mövsümün sürpriz komandasına çevrilməkdə olan “Kəpəz” AZAL-ı qəbul edirdi. Son turda “Bakı”ya səfərdə 3 cavabsız qolla qalib gələn Mehman Allahverdiyevin komandasının bu dəfə də sürpriz etmək şansları heç də az qiymətləndirilmirdi. Hətta “təyyarəçilər” bundan öncəki turda çempion “Neftçi”yə qalib gəlməsinə rəğmən.
Gözlənildiyi kimi, görüş elə meydan sahiblərinin üstünlüyü şəraitində keçdi və artıq 1-ci dəqiqədə hesabı açan gəncəlilər yarım saat sonra daha bir qola sevindilər. AZAL fasiləyə yollanmazdan öncə buraxılan qollardan birinin əvəzini çıxıb, ümidlənsə də, bu, təsəllidən başqa nəyəsə yaramadı. Çünki fasilədən sonra da “Kəpəz” daha parlaq oyun sərgiləməklə, “təyyarəçilər” üzərində qələbəni haqq etdilər. Son dəqiqələrdə vurulan növbəti qol isə qələbəyə sadəcə gözəllik qatdı. Daim etibarlı müdafiəsiylə öyünən AZAL isə ən çox qol buraxan 3-4 klubdan birinə çevrilməsi barədə xüsusi düşünməlidi. Üçüncü pilləyə yüksələn Gəncə təmsilçisinə gəlincə, artıq indidən bu komandanı yeni mövsümün sürprizi saymaq olar.
Bu turun daha ciddi sürprizinə isə “Sumqayıt Şəhər” imza atdı. Oyundan öncə güman ki, “Qarabağ”ın bu komanda ilə qarşılaşmada xal itirəcəyini heç kim düşünməzdi. Çünki Sumqayıt təmsilçisi geridə qalan oyunlarda xal üzünə həsrət qalmışdı. “Qarabağ” isə “Qəbələ” yenilgisini unutdurmaq üçün bu qarşılaşmada mütləq qələbə qazanmalıydı. Hər halda gənc və təcrübəsiz futbolçulardan qurulan “Sumqayıt Şəhər”in güclü rəqibinə hansısa ciddi problem yaradacağı qətiyyən inandırıcı görünmürdü.
Amma inadla müdafiə olunun Sumqayıt futbolçuları nəhayət ki, ilk sürprizə imza atmağı bacardılar. Xüsusilə, qapıçı Andrey Popoviçin inamlı oyunu sayəsində ağdamlılar inanılmaz qol epizodlarından yararlana bilmədilər. Maraqlıdı ki, “Sumqayıt Şəhər” müdafiə olunmaqla kifayətlənməyib, hücum da qurmağa çalışırdı. Hətta belə epizodlardan birində qonaqları qapı çatı qoldan xilas etdi.
Beləcə, “Qəbələ” yenilgisinin ardından “Qarabağ” daha bir zərbə almış oldu. Hər halda ardıcıl iki oyundu qələbəyə həsrət qalan Ağdam təmsilçisinin uğursuz çıxışı düşündürməyə bilməz. “Sumqayıt Şəhər”i isə Premyer Liqada qazandığı ilk xal münasibətilə təbrik etmək olar. Yeri gəlmişkən, sumqayıtlıların bu uğurundan sonra artıq 2011/12 mövsümündə xal qazanmayan heç bir komanda qalmadı.
Nəhayət, Premyer Liqanın 5-ci turunun digər oyununda cari mövsümə heç də pis başlamayan “Qəbələ” evdə “Turan”ı qəbul edirdi. Maliyyə problemlərinə görə bu oyuna çıxmayacağı gözlənilən Tovuz klubunun hansısa sürprizə imza atacağına az adam inanırdı. Amma gözləniləndən fərqli bu görüşə çıxan Əsgər Abdullayevin komandası hətta erkən qola imza atmaqla “Qəbələ”ni şoka salmağı da bacardı. Amma Toni Adamsın yetirmələri bu şokdan tez ayıldılar.
Öncə Viktor Mendi tovuzluların sevincini gözündə qoydu. Fasilədən sonra isə Dodo dəqiq zərbə ilə komandasını hesabda önə keçirdi. Beləcə, “Qəbələ” çətinliklə də olsa, 3 xala sahib oldu. Bunun sayəsində Adamsın komandası ikinci pillədəki mövqeyini möhkəmləndirmiş oldu.
Premyer Liqa
5-ci tur
Qəbələ - Turan - 2:1 (1:1)
Qollar: Sergey Artyux, 6 (0:1), Viktor Mendi, 15 (1:1), Dodo, 54 (2:1).
Vərəqələr: Daniel Lopes Kruz, 45 (idmançıya yaraşmayan hərəkət), Murad Hüseynov, 81 (topa fitdən sonra zərbə vurmaq) - Georgi Beriaşvili, 21 (idmançıya yaraşmayan hərəkət), Aftandil Hacıyev, 27 (idmançıya yaraşmayan hərəkət), Azər Məmmədov, 68 (idmançıya yaraşmayan hərəkət), Zura Dzamsaşvili, 74 (idmançıya yaraşmayan hərəkət) - sarı.
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
11 sentyabr 2011. Qəbələ. Şəhər stadionu. 2050 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 2. Veselko Trivunovic (15. Nodar Məmmədov, 85), 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin (k), 9. Viktor Mendi, 10. Deon Barton (22. Murad Hüseynov, 46), 16. Abdulkader Kamara, 18. Aleksandr Çertoqanov (7. Yaşar Abuzərov, 90+1), 26. Daniel Lopes Kruz, 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 17. Arif İsayev, 19. Rövşən Əmiraslanov, 20. Stiv Olfers.
Baş məşqçi: Toni Adams.
Turan: 30. Ramil Kərimov, 5. Ayxan Abbasov, 3. Aftandil Hacıyev, 27. Zura Dzamsaşvili, 21. Rəşad Orucov, 7. Ramal Hüseynov (k), 6. Aleksandr Dubileviç, 14. Aleksandr Qoqoberişvili (9. Yasin Abbasov, 58), 24. Sergey Artyux, 29. Rudison Ferreyra (20. Azər Məmmədov, 52), 11. Georgi Beriaşvili (8. Akif Tağıyev, 79).
Ehtiyat oyunçular: 12. Zabit Səfərov, 22. Məhərrəm Müslümzadə, 18. Hafiz Əliyev, 19. Ruslan Abbasov.
Baş məşqçi: Əsgər Abdullayev.
Kəpəz - AZAL - 3:1 (2:1)
Qollar: Şahin Kərimov, 1 (1:0), Armand Feutchine, 36 (2:0), Ervin Bulku, 45+2 (2:1), Yuri Fomenko, 81 (3:1).
Vərəqələr: Konstantin Kolesnikov, 83 (vaxtı uzatdığına görə), Muammer Erdoğdu, 86 (simulyasiya) - Robert Petrov, 2 (kobud oyun), Tales Şütz, 53 (kobud oyun), Usim Nduka, 86 (idmançıya yaraşmayan hərəkət) – sarı.
Vərəqələr: Konstantin Kolesnikov, 83 (vaxtı uzatdığına görə), Muammer Erdoğdu, 86 (simulyasiya) - Robert Petrov, 2 (kobud oyun), Tales Şütz, 53 (kobud oyun), Usim Nduka, 86 (idmançıya yaraşmayan hərəkət) – sarı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
11 sentyabr 2011. Gəncə. Şəhər stadionu. 15000 tamaşaçı.
Kəpəz: 22. Konstantin Kolesnikov, 5. Ərdoğdu Muammer, 8. Armand Feutchine, 10. Ceyhun Sultanov (k) (17. Renat Sultanov, 90+1), 14. Dmitri Parxaçov, 15. Şahin Kərimov, 18. Nikolay Svejintsev (19. Zaur Əsədov, 20), 23. Junivan Suares, 28. Milan Antiç, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev (32. Razvan Tarlea, 60).
Ehtiyat oyunçular: 1.Tural Abbaszadə, 27. Pərvin Paşayev, 9. Xəyal Qarayev, 25. Anton Qay.
Baş məşqçi: Mehman Allahverdiyev.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Robert Petrov, (15. Georgi Boqyu, 41), 3. Usim Nduka, 6. Mindauqas Daunoraviçius, 16. Bronislav Arsenyeviç, 11. Zohair Benouahi (20. Mansur Limani, 62), 7. Tərlan Xəlilov (25. Ruis Kristian, 72), 88. Ervin Bulku, 17. Viktor İbekoyi, 8. Elşən Məmmədov, 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 10. Nuqzar Kvirtiya, 19. Hüseyn Axundov, 9. Vüsal Qarayev.
Baş məşqçi: Elxan Abdullayev.
Sumqayıt Şəhər - Qarabağ - 0:0
Vərəqə: Ruslan Tağızadə, 81 (idmançıya yaraşmayan hərəkət) – sarı.
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Aleksandr Musatkin, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əmir Zamanov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
11 sentyabr 2011. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 5000 tamaşaçı.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 4. Samir Abasov (k), 22. Ruslan Tağızadə, 16. Hacı Əhmədov, 2. Slavik Alxasov (20. Timur İsrafilov, 82), 8. Emin Mustafayev, 10. Eşqin Quliyev (11. Kamil Nurəhmədov, 70), 19. Orxan Əliyev, 9. Orxan Həsənov (90. Eldar Məmmədov, 64), 7. Mahmud Qurbanov, 28. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 5. Ramil Nuriyev, 27. Ramil Həşimzadə, 50. Samir Abdulov.
Baş məşqçi: Bernhard Raab.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev (88. Leonardo Roşa, 60), 7. Namiq Yusifov (k), 5. Maksim Medvedev, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov (9. Bəxtiyar Soltanov, 41), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 16. Kamil Hüseynov, 17. Vüqar Nadirov, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, hesabat turun digər görüşləri ilk oyun günündə baş tutmuşdu. Bakı - Rəvan - 3:2, İnter – Simurq - 1:0, Xəzər Lənkəran – Neftçi - 1:0.
|
1
|
Xəzər Lənkəran
|
5
|
4
|
1
|
0
|
10-3
|
13
|
|
2
|
Qəbələ
|
5
|
3
|
2
|
0
|
6-3
|
11
|
|
3
|
Kəpəz
|
5
|
3
|
0
|
2
|
11-8
|
9
|
|
4
|
Bakı
|
5
|
2
|
2
|
1
|
6-5
|
8
|
|
5
|
Qarabağ
|
4
|
2
|
1
|
1
|
3-2
|
7
|
|
6
|
AZAL
|
5
|
2
|
1
|
2
|
8-8
|
7
|
|
7
|
Neftçi
|
4
|
2
|
0
|
2
|
6-4
|
6
|
|
8
|
Turan
|
5
|
2
|
0
|
3
|
6-7
|
6
|
|
9
|
İnter
|
4
|
2
|
0
|
2
|
2-4
|
6
|
|
10
|
Rəvan
|
5
|
0
|
2
|
3
|
6-9
|
2
|
|
11
|
Simurq
|
5
|
0
|
2
|
3
|
1-6
|
2
|
|
12
|
Sumqayıt Şəhər
|
4
|
0
|
1
|
3
|
2-8
|
1
|
Bombardirlər:
4 - Sergey Artyux (Turan).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).
