11 sentyabr 2011 11:34

“Bu, Azərbaycan futbolundakı ən böyük problemlərdən biridi”

“Qarabağ”ı yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində komandasının “Sumqayıt Şəhər”lə oyununa hazırlığından, Qurban Qurbanovun yoxluğundan və milli komandadan danışıb.
 
- “Sumqayıt Şəhər”lə oyundan nə gözləyirsiz?
- Bu, çox gənc komandadı. Hələ potensialını tam aça bilməyib. Təcrübə çatışmazlıqları var. Hesab edirəm ki, “Sumqayıt Şəhər” “Qarabağ”a qarşı layiqli müqavimət göstərəcək. Mən Sumqayıtdakı qazonun hansı vəziyyətdə olduğunu bilmirəm. Amma bu, onsuz da Azərbaycan futbolundakı ən böyük problemlərdən biridi. Qəbələdən başqa normal qazona heç yerdə rast gəlmək olmur.
 
- “Qarabağ” bu görüşün favoritidi?
- Əgər komanda Avropaya çıxmağı hədəfləyirsə, bu rəqibini məğlub etməyə borcludu. Biz rəqibə hörmətlə yanaşırıq və düşünürük ki, güclü olan qələbə qazanacaq. Gənc futbolçulara da “Qarabağ”a qarşı oynamaq maraqlı olacaq. Biz mümkün qədər hər şeyi erkən həll etməyə çalışmalıyıq. Elə ilk yarıda vurulacaq qol bizə çox kömək edər.

- Qurbanovun yoxluğu “Qarabağ”ın oyununa təsir göstərməyəcək ki?
- Bildiyimə görə, o, oyuna qədər qayıdacaq. Həm də o, hər gün köməkçiləri ilə tez-tez əlaqə saxlayırdı. Məşqlərimiz həmişəki qaydada davam edib. Baş məşqçi də öz tapşırıqlarını telefonla verib.
 
- Yığmanın son iki oyunun hər ikisində ehtiyatda qaldınız...
- Mən 4 xal qazanmağımızdan razı qaldım. Bu, bizim hamımızı sevindirməlidi. Amma bir şeyi də başa düşmək lazımdı ki, Belçika ilə oyunda bizim sadəcə bəxtimiz gətirdi. Onlar nə qədər qol epizodunu boşa verdilər. Amma Qazaxıstanla oyunda biz daha üstün idik. Xüsusilə də, ikinci hissədə. Odu ki, komandada potensial var.
 
- Biz seçmə mərhələdə 7 xal qazanmağımıza sevinə bilərik?
- Azərbaycan yığması indiyə qədər heç vaxt 5 xaldan artığını toplaya bilməmişdi. Amma bizim hələ daha iki oyunumuz var ki, hazırkı nəticəni daha da yaxşılaşdıra bilək. Avstriya ilə oyunda minimum heç-heçəyə oynamaq olar. Amma güman ki, onlar belçikalıların aqibətini yaşamaq istəməyəcəklər.
 
- Bir müddət öncə ailənizdə faciə baş verdi – qardaşınızı itirdiniz. Bu faciədən sonra özünüzə gələ bilmisiz?
- 90 faiz. 10 faiz hələ də ağır təəssürat və qüssə içindəyəm. Hərdən bu haqda düşünürəm. Psixoloji cəhətdən mən əvvəlki Rəşad deyiləm. Mənə hər şeyi unutmaq üçün zaman lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.