11 sentyabr 2011 00:07
Zirvə üçün Böyük qələbə
Premyer Liqada maraqla gözlənilən 5-ci tura start verildi. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 3 maraqlı qarşılaşma baş tutdu.
Hesabat turu “Bakı” – “Rəvan” görüşüylə start götürdü. Bu qarşılaşmada meydan sahiblərinin qol və qələbə həsrətinə son qoyub-qoymayacağı maraqla gözlənilirdi. Hər halda ilk 4 turda hətta 4 dəfə penalti qazanmasına rəğmən belə, “zolaqlılar” qələbə qazana bilməmişdilər. Yeganə qələbə isə “İnter”lə qalmaqallı oyuna görə bu komandaya çıxarılmış texniki məğlubiyyət nəticəsində gəlmişdi.
Amma Aleksandr Starkovun yetirmələri nəhayət ki, bu dəfə bu sindromlara son qoymağı bacardılar. “Zolaqlılar”ın bu mövsümdəki ilk qoluna isə Aleksandr Soliç imza atdı. Fasiləyə kimi Soliç dubla imza atdığı halda, Denis İvanov da əvvəlki oyunlarda vura bilmədiyi penalti uğursuzluğunu unutdurmuş oldu. Bir sözlə, yeni mövsümdə ilk dəfə parlaq oyun sərgiləməklə xoş təsir bağışlayan “Bakı” qələbə qazanacağına şübhə yeri qoymadı.
Fasilədən sonra isə hər şey 90 dərəcədə dəyişdi. Hətta ikinci hissədə 1 futbolçusunun meydandan qovulmasına baxmayaraq, “Rəvan” çox əzmkar oyun sərgiləməyə başladı. Bəhmən Həsənovun yetirmələri hətta hesab arasındakı fərqi minimuma endirməyi də bacardılar. Güman ki, qonaqlar azlıqda qalmasaydılar, hətta hesabı bərabərləşdirməyi də bacarardılar. Hər halda “Bakı” sonda ilk qələbəsini rəsmiləşdirə bildi. Amma komandanın ikinci hissədə sərgilədiyi növbəti bərbad oyun yenə xüsusi diqqət çəkdi. Bu qeyri-sabitliyin nə vaxta kimi davam edəcəyi maraqla gözlənilir.
5-ci turun mərkəzi qarşılaşmasında son çempion “Neftçi” səfərdə “Xəzər Lənkəran”ın qonağı idi. Cənub təmsilçisi yeni mövsümə çox uğurlu başlasa da, son turda məhz “Bakı”nın çətinliklə yendiyi “Rəvan”la qarşılaşmada ilk dəfə xal itkisi ilə üzləşmişdi. Bu üzdən meydan sahibləri doğma meydanda əzəli rəqibi üzərində qələbə qazanmaqla, vahid liderliyini möhkəmləndirməyi hədəfləyirdi.
“Neftçi” isə son turda daha ağır nəticə ilə üzləşmişdi. Belə ki, çempion AZAL-a məğlub olmuşdu. Bu üzdən də “ağ-qaralar” sözügedən oyuna daha ciddi təzyiq altında çıxmışdılar. Bu turda da məğlub olacağı halda Böyükağa Hacıyevin yetirmələri vəziyyətini daha da pisləşdirmiş olacaqdı. Əvvəla, bu yenilgi əzəli rəqibdən alınmış olacaqdı. Digər tərəfdən ardıcıl ikinci yenilgi komandanı zirvə yarışından uzaq salacaqdı.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə tamamlandı ki, bu da hardasa gözlənilən oldu. Düzdü, fasilədən sonra “Neftçi” daha çox hücum edən tərəf olsa da, məğlubiyyətdən yaxa qurtara bilmədi. Beləcə, “ağ-yaşıllar” zirvədəki mövqeyini əsas rəqiblərindən biri üzərindəki qələbə ilə daha da möhkəmləndirmiş oldular.
Günün daha bir oyunu “İnter”lə autsayder “Simurq” arasında baş tutdu. Gözlənildiyi kimi, “bankirlər” bu görüşü xal itkisi olmadan başa vurdular. Amma meydan sahibləri heç də iddialı olmayan rəqibi ilə qarşılaşmada kifayət qədər çətin qələbə qazandılar.
Premyer Liqa
5-ci tur
Bakı - Rəvan - 3:2
Qollar: A.Şoliç, 7 (1:0), D.İvanov, 20 (2:0), A.Şoliç, 30 (3:0), K.Torres, 70 (3:1), S.Çernışev, 79 (3:2).
Vərəqələr: Elvin Əliyev, 56 (rəqibi tutduğuna görə) - Reys Klaudinei, 22 (kobud oyun), Taqim Novruzov, 48 (rəqibi tutduğuna görə), Ramazan Abbasov, 71(kobud oyun), Miloş Zeçeviç, 87 (hakimə etiraz) – sarı, Taqım Novruzov, 48 (hakimi təhqir etdiyinə görə) – qırmızı.
Vərəqələr: Elvin Əliyev, 56 (rəqibi tutduğuna görə) - Reys Klaudinei, 22 (kobud oyun), Taqim Novruzov, 48 (rəqibi tutduğuna görə), Ramazan Abbasov, 71(kobud oyun), Miloş Zeçeviç, 87 (hakimə etiraz) – sarı, Taqım Novruzov, 48 (hakimi təhqir etdiyinə görə) – qırmızı.
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
10 sentyabr 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 5. Stevan Bates, 8. Junior Xavyer Vilson, 9. Maris Verpakovski (17. Emin Cəfərquliyev, 74), 14. Elvin Əliyev (21. Novruz Məmmədov, 64), 15. Cəmşid Məhərrəmov (k), 29. Əziz Quliyev, 36. Uinston Parks (19. Nurlan Novruzov, 67), 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 22. Nicat Abdullayev, 25. Şəhriyar Əliyev, 32. Aleksey Savinov.
Baş məşqçi: Aleksandr Starkov.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 6. Taqim Novruzov, 7. Reys Klaudiney, 8. Tural Axundov, 10. Anxel Qutyerres (90. Sergey Çernışev, 69), 11. Şerif Suma, 13. Fərid Həşimzadə, 15. Tural Cəlilov (18. Samuel Barlay, 25), 17. Ramazan Abbasov, 20. Kristian Torres.
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 9. Con Pelu, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
İnter - Simurq - 1:0
Qol: Valeri Abramidze, 53.
Vərəqələr: Arif Daşdəmirov, 50 (idmançıya yaraşmayan hərəkət), Enyo Krastovçev, 59 (simulyasiya), Asif Məmmədov, 83 (idmançıya yaraşmayan hərəkət), Petar Zlatinov, 84 (oyun qaydalarına riayət etmədiyinə görə), Səlahət Ağayev, 87 (vaxtı uzatdığına görə) – sarı.
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Habil Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asif Namazov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
10 sentyabr 2011. Bakı. “Şəfa” stadionu. 600 tamaşaçı.
İnter: 90. Səlahət Ağayev, 4. Valeri Abramidze, 9. Enyo Krastovçev (28. Baçana Tsxadadze, 64), 10. Asif Mirili (23. Şəhriyar Rəhimov, 38), 11. Asif Məmmədov, 13. Bronislav Çervenka (k), 14. Petar Zlatinov, 16. Elnur Abdulov (8. Nizami Hacıyev, 82) 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 2. Xəyal Mustafayev, 6. Samir Zərgərov, 20. Girt Karlson.
Baş məşqçi: Kaxaber Sxadadze.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev, 4. Vasili Yanotovski, 28. Yevgeni Şmakov, 8. Qərib İbrahimov, 10. Tofiq Mikayılov, 14. Andrey Rubin (21. Kristap Qrebis, 64), 11. Robertas Poşkus.
Ehtiyat oyunçular: 7. Elçin Xəlilov, 6. Mikayıl Rəhimov, 17. Rüstəm Məmmədov, 15. Anar Həsənli, 27. Ramil Sayadov, 1. Fuad Əhmədov.
Baş məşqçi: Sergey Yuran.
Xəzər Lənkəran - Neftçi - 1:0
Qol: Ruslan Abışov, 41-öz qapısına.
Vərəqələr: Rikardo Qomes, 22 (idmançıya yaraşmayan hərəkət), Elnur Abdullayev, 62 (idmançıya yaraşmayan hərəkət).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İlham Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
10 sentyabr 2011. Lənkəran şəhər stadionu. 14000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 7. Katalin Doman (18. Alim Qurbanov, 88), 8. Eder Bonfim, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (33. Dejan Rusiç, 57), 16. Adrian Pit, 20. Eldar İsmayılov (10. Elnur Abdullayev, 46), 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Zahid Quliyev, 23. Şəhriyar Xəlilov, 27. Habil Nurəhmədov.
Baş məşqçi: Mirça Rednik.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 3. Denis Silva, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 11. Cavid Hüseynov (25. Cavid İmamverdiyev, 46), 14. Bahodir Nəsimov, 15. Ruslan Abışov (19. Mirhüseyn Seyidov, 83), 16. Alessandro Viana da Silva, 27. Rəşad Abdullayev (17. Araz Abdullayev, 61).
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov, 20. Elvin Musazadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Turun qalan görüşləri bu gün baş tutacaq: Qəbələ - Turan, Sumqayıt Şəhər – Qarabağ, Kəpəz – AZAL.
|
1
|
Xəzər Lənkəran
|
5
|
4
|
1
|
0
|
10-3
|
13
|
|
2
|
Qəbələ
|
4
|
2
|
2
|
0
|
4-2
|
8
|
|
3
|
Bakı
|
5
|
2
|
2
|
1
|
6-5
|
8
|
|
4
|
AZAL
|
4
|
2
|
1
|
1
|
7-5
|
7
|
|
5
|
Neftçi
|
4
|
2
|
0
|
2
|
6-4
|
6
|
|
6
|
Kəpəz
|
4
|
2
|
0
|
2
|
8-7
|
6
|
|
7
|
Qarabağ
|
3
|
2
|
0
|
1
|
3-2
|
6
|
|
8
|
Turan
|
4
|
2
|
0
|
2
|
5-5
|
6
|
|
9
|
İnter
|
4
|
2
|
0
|
2
|
2-4
|
6
|
|
10
|
Rəvan
|
5
|
0
|
2
|
3
|
6-9
|
2
|
|
11
|
Simurq
|
5
|
0
|
2
|
3
|
1-6
|
2
|
|
12
|
Sumqayıt Şəhər
|
3
|
0
|
0
|
3
|
2-8
|
0
|
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Sergey Artyux (Turan).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran), Yuri Fomenko (Kəpəz).
