11 sentyabr 2011 12:14
Didi Konstantini: Azərbaycanla oyuna kimi postumdan getməyə hazıram
Futbol üzrə Avstriya yığmasının baş məşqçisi Didi Konstantininin Bakıya gəlib-gəlməyəcəyi hələ də sual altındadı. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə Avstriya Futbol İttifaqının prezidenti Leo Gendtner baş məşqçiylə danışaraq, onun ən azı tsiklin sonuna kimi postunda qalmasını istədiklərini bildirmişdi.
Lakin Konstantini son açıqlamasında oktyabrın 7-də keçiriləcək Azərbaycan, eləcə də 11-də baş tutacaq Qazaxıstanla oyunlara kimi postundan getməyə hazır olduğunu dilə gətirib: “Hazırda mənim yığma ilə müqaviləm var və rəhbərlik məni istefaya göndərməsə, onu sona çatdırmağı düşünürəm. Prezident Leo Gendtner məndən xahiş etdi ki, hələlik yeni baş məşqçi tapa bilmədikləri üçün Azərbaycan və Qazaxıstanla oyunlara görə də postumda qalım. Amma əgər yeni baş məşqçi axtarışları tez yekunlaşsa, mənim gedişim daha da tezləşə bilər. Baxmayaraq ki, kompromis variantları həmişə tapmaq mümkündü”.
