11 sentyabr 2011 12:31
“Hazırda komandada müsbət emosiya var”
“Bakı”nın latviyalı müdafiəçisi Denis İvanov klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 5-ci turunun “Rəvan”la oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandasının qollarından birinə imza atan təcrübəli futbolçu 3 xal qazanmağı daha vacib sayır:
"Evdə, doğma azarkeşlərimiz önündə qələbə qazanmaq çox xoşdu. Hazırda bütün komandada müsbət emosiya var. Qol vurduğum üçün şadam. Ancaq kimin qol vurmağının fərqi yoxdu. Əsas olan 3 xalı qazanmaqdı. Bunu hər dəfə edə bilsək, daha yaxşı olar. “Bakı”nın bundan sonra uğurlu çıxış edib-etməyəcəyini zaman göstərəcək”.
