11 sentyabr 2011 00:43
PFL ötən mövsümün ən yaxşı qolunu müəyyənləşdirdi (VİDEO)
Peşəkar Futbol Liqası 2010/2011-ci il mövsümünün ən yaxşı qolunu seçmək üçün sorğu keçirib. Azerisport.az xəbər verir ki, sorğuda ümumilikdə 553 nəfər iştirak edib.
Sorğunun nəticələrinə əsasən ötən mövsümün son turunda "Simurq" - "Gəncə" oyununda ev sahibi komandanın futbolçusu Elvin Yunusovun vurduğu qol 2010/2011-ci il mövsümünün ən yaxşı qolu seçilib.
Sorğunun nəticələri aşağıdakı kimidir:
1. Elvin Yunusov – "Simurq" 34%
2. George Adamiya – "Qarabağ" 23%
3. Elnur Abdullayev - "Xəzər Lənkəran" 18%
4. Cavid Tağıyev – "Turan" 13%
5. Rodriqo Sezar Kabral – "Neftçi" 4%
6. Bahodir Nasimov – "Neftçi" 3%
7. Usim Nduka – AZAL 2%
8. Silvinyo Joao de Karvalyo – "Bakı" 2%
9. Angel Qutierrez – "Muğan" 1%
10. Samir Əliyev – "Simurq" 1%
Qeyd edək ki, Elvin Yunusov ən yaxşı qolun müəllifi kimi ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində təltif olunacaq.
Ötən mövsümün ən yaxşı 10 qolunu bir daha təqdim edirik:
