11 sentyabr 2011 00:50
XL oxucularımızın ümidlərini doğrultdu
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Sizcə, XL - Neftçi matçında hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın həmin sorğudakı yekun rəyi ilə sizi də tanış edirik.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın qələbə qazandığı (1:0) bu prinsipial görüşün belə başa çatacağını respondentlərin 56 faizi (389 səs) öncədən gözləyirmiş. Bir sözlə, “Xəzər Lənkəran” onların ümidlərini doğrulda bildi.
“Neftçi”nin qələbə qazanacağını düşünən 33 faiz oxucumuzun isə (229 səs) ümidləri doğrulmayıb. Bunu görüşün heç-heçə bitəcəyini gözləyənlərə də (11 faiz, 79 səs) aid etmək olar.
