12 sentyabr 2011 13:08
Cavadovdan 6 oyuna 3 düzgün proqnoz
Azərbaycanın veteran futbolçusu, Regional Futbol Federasiyasının prezidenti İskəndər Cavadov Premyer Liqamızın 5-ci turunun oyunlarından 3-nün nəticəsini düzgün qiymətləndirib. Azerisport.az xəbər verir ki, o, “Qəbələ”nin “Turan”, “Bakı”nın “Rəvan”, eləcə də “İnter”in “Simurq” üzərində qələbə qazanacağını hələ turdan öncə saytımıza verdiyi müsahibədə bildirmişdi.
Lakin Cavadovun “Qarabağ”ın “Sumqayıt Şəhər”i yenəcəyinə, “Kəpəz” – AZAL oyununda heç-heçə olacağına dair proqnozları özünü doğrultmayıb. Veteran futbolçu turun prinsipial qarşılaşması olan “Xəzər Lənkəran” – “Neftçi” oyununa proqnoz verməkdən imtina etmişdi.
