12 sentyabr 2011 13:26

Andrey Popoviç: Millidə bir nömrə olmaq istəyirəm

“Sumqayıt Şəhər” klubunun qapıçısı Andrey Popoviç Premyer Liqanın 5-ci turunun “Qarabağ”la oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qarabağ”la heç-heçəyə görə komandanız elə sevinirdi ki, sanki qələbə qazanmısız...
- Belə çox sevinməyimiz ilk xalımızı qazanmağımıza görə idi. Həm də axı bunu Premyer Liqanın əsas favoritlərindən birindən almışıq. Komandamız özünü yaxşı tərəfdən göstərdi. Əlbəttə, daha çox müdafiə olunduq, əks-hücumlara bel bağlayırdıq. Amma belə rəqibə qarşı bu, heç də utandırıcı deyil. Arxayınlaşmayacağıq. Qarşıda bizi “İnter” və “Rəvan”la oyunlar gözləyir. Xal qazanmağa davam etmək istəyirik.
 
- Amma bütövlükdə, komanda sanki dəyişilib. Bu, nə ilə bağlıdı?
- Komandamız hələ gəncdi. Görünür ki, yavaş-yavaş artırırıq. Uşaqlar artıq başa düşməyə başlayıblar ki, bu, nə əvəzedicilərin çempionatı, nə də birinci divizondu. Burda rəqiblər hər səhvdən yararlanırlar. Məsuliyyət də artır. Bu heç-heçə bizdə özünəinamı daha da artıracaq və xeyrimizə işləyəcək.
 
- Yəqin ki, sizin üçün də ilk dəfə qapınızı sonadək inamla qoruyub, rəqibə qol imkanı verməməyiniz xoşdu...
- Əlbəttə(gülür). Çalışıram. Mən hələ daha da artırmalıyam. Yığmada da ehtiyatda qalmaq istəmirəm.

- İkinci hissədə sizin yerdə qaldığınız epizodda Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov bundan kəskin narazılığını bildirdi. Aranızda nə baş vermişdi?
- Rauf Əliyevin zərbəsindən sonra mən dirəyə dəydim. Ayağım ağrıdı. O, mənə xüsusi nəsə demədi. Sadəcə, istəyirdi ki, ayağa tez qalxım.
 
- Qarşıdakı “İnter”lə oyunda əsas hədəfiniz nə olacaq?
- Ancaq qələbəyə oynayacağıq. Mən bu komandanın bir neçə oyununu izləmişəm. Onları məğlub edə bilərik.

- Yığmada üçüncü qapıçı olsanız da, son dövrlərdə artıq Kamran Ağayevdən sonra sizə üstünlük verilir. Birinci olmağa nə mane olur ki?
- O, məndən altı yaş böyükdü. Onun beynəlxalq oyunlarda daha böyük təcrübəsi var. Yığmada çoxdan oynayır. Amma mən heç gənclərdən ibarət yığmada da rəsmi oyuna çıxmamışam. Əgər mənə şans verilsə, buna hazıram.

- Kamran Ağayevə nədə uduzursuz?
- Bəzi komponentlər var. Amma zamanla bunlar hamısı keçəcək. Yığmanın bir nömrəsi olmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.