12 sentyabr 2011 14:55
UEFA-dan AFFA-nın hüquqşünasına böyük etimad
UEFA-nın qərarına əsasən, oyun alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq məqsədilə şəbəkə yaradılır. Azerisport.az xəbər verir ki, bu qərara uyğun olaraq, UEFA-nın üzvü olan bütün milli assosiasiyalarda oyunların alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün UEFA tərəfindən nümayəndə təyin olunub.
AFFA-da bu məsələ ilə bağlı UEFA-nın nümayəndəsi AFFA-nın hüquqşünası Rəmiş Təzəxan oğlu Malıyev təyin edilib. Şəbəkənin fəaliyyətə başlaması ilə əlaqədar, 14-15 sentyabr tarixlərində, İsveçrənin Nyon şəhərində UEFA-nın ilk işçi seminarı keçiriləcək. Həmin seminarda Rəmiş Malıyev də iştirak edəcək.
