12 sentyabr 2011 15:06
Sabiq Xəzər Lənkəranlı özünə iş yeri tapdı
“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Radomir Todorov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli cinah müdafiəçisi bundan sonrakı karyerasını vətənində davam etdirəcək.
Belə ki, Todorov Varna “Spartak”ı ilə müqavilə bağlayıb. Bolqarıstanın güclülər dəstəsində çıxış edən bu komandanı onun üçün heç də yeni hesab etmək olmaz. Çünki Radomir peşəkar karyerasına məhz anadan olduğu Varna şəhərinin təmsilçisində başlayıb. 1998-2002-ci illərdə o, burda 63 oyun keçirib. Bundan sonra “Nafteks”ə keçən Todorov 2004-cü ildə yenidən “Spartak”a qayıdıb.
2007-ci ildə isə o, “Xəzər Lənkəran”a transfer olunmuşdu. 2007–2010-cu illər aralığında Todorov cənub klubunda 79 oyuna çıxsa da, ötən mövsüm komandadan uzaqlaşdırılmış və “Bakı”ya keçmək məcburiyyətində qalmışdı. Amma bu yay paytaxt klubu da bolqar müdafiəçidən imtina etdi.
