12 sentyabr 2011 16:25

Azərbacanlı hakim: Onsuz da axırıncı oyunumdu

Birinci dəstədə yarışan “Qaradağ-Lökbatan” klubu Neftçala rayonunda eyniadlı komandayla keçirilən və 1:1 hesabıyla başa çatan matçla bağlı açıqlama yayıb. Azerisport.az xəbər verir ki, klubun icraçı direktoru Tahir Mustafayev bildirib ki, oyunun hakimi Ramiz Əhmədovun idarəçiliyindən heç də razı qalmayıblar:
 
“Təşkilatçılıq çox zəif idi. Oyun 7 dəqiqə gec başladı. Bundan əlavə, hakim bir neçə ədalətsiz qərarlarıyla yadda qaldı. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdiyi halda, sanki Ramiz Əhmədov hər vəchlə qələbə qazanmağımıza mane olmağa çalışırdı. Belə ki, rəqib komandanın cərimə meydançasında top oyunçunun əlinə dəysə də, onbirmetrlik cərimə zərbəsi verilmədiyi halda, bizim komandanın qapıçısı Elçin Cəfərov təmiz topa oynayarkən, bu zərbə bizim qapımıza təyin olundu. Oyun ərzində 12 dəfə sarı vərəqə verildi. Bundan başqa, hakimin yerli-yersiz fitləri oyunun tempini aşağı salırdı. Etiraz etdikdə isə o bizə çox qəribə bir cavab verdi ki, «onsuz da axırıncı oyunumdu». Başa düşmürəm, bu nə məntiqsizlikdir. Onu da qeyd edim ki, çoxlu sayda cərimələr olduğu halda, Ramiz Əhmədov oyunun sonuna cəmi 4 dəqiqə vaxt əlavə etdi. Məgər, belə bir məsuliyyətli oyunu üç ayda bir dəfə təyinat alan hakimə etibar etmək olar?!”
 
O bildirib ki, “Neftçala” komandasının topdaşıyanları hər dəfə açıq-aşkar oyunu gecikdiribər: “Bax, bu kimi səbəblər ucbatından komandamız qələbəyə layiq olduğu halda, bir xalla kifayətlənmək məcburiyyətində qaldı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.