12 sentyabr 2011 16:38
Qarabağın SŞ-lə oyunda xal itkisinin cəzası müəyyənləşdi
“Qarabağ” “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, dünən Premyer Liqanın 5-ci turunda “Sumqayıt Şəhər”in qonağı olan komanda istirahət etmədən sentyabrın 17-si baş tutacaq oyun üçün yenidən toplaşıb.
Bu gün komanda Suraxanı qəsəbə stadionunda məşqə çıxıb. Komandada prinsipial matç öncəsi sadəcə 2 itki var. Zaur Həşimov və Emin İmaməlyevin oyunu buraxacağı dəqiqdi. Əvəzində Rəşad Sadiqovun cəzasının başa çatması üzləri güldürür. Kapitan liderə qarşı oyunda meydana çıxa biləcək.
Xatırladaq ki, cari mövsüm “ev” oyunlarını keçirdiyi Quzanlı qəsəbə stadionu təmirə bağlandığı üçün “Qarabağ” XL-la oyuna Suraxanıda Tofiq İsmayılov adına stadionda çıxacaq.
