12 sentyabr 2011 17:00
Avstriyalılar Didi Konstantiniyə əvəzləyici tapdılar
Avstriya Futbol İttifaqı bu ölkənin futbol üzrə yığma komandasına yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırkı baş məşqçi Didi Konstantinini yanvar ayında hazırda “Sturm Graz”ı çalışdıran Franko Foda əvəzləyəcək. Artıq tərəflərin bununla bağlı prinsipial razılığa gəldiyi iddia olunur.
Lakin Konstantini də müqaviləsinin sonuna kimi postunda qalacaq. Yəni o, AÇ-2012-nin qarşıdakı Azərbaycan və Qazaxıstanla oyunlarda da avstriyalıların sükanı arxasında olacaq.
Qeyd edək ki, millimizin Avstriya ilə oyunu oktyabrın 7-də Bakıda baş tutacaq.
