12 sentyabr 2011 18:00
Emil Mpenza: Bakıda darıxıram
“Neftçi”nin belçikalı hücumçusu Emil Mpenza Hollandiya mətbuatına müsahibəsində Bakıdakı həyat tərzindən, yaşayışından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Əlbəttə, Bakı Brüssel deyil. Amma mənim xoşuma gəlir. Yollarda çox böyük hərəkət var. İşıqforda qırmızı işıq yandı-yanmadı, fərqi yoxdu, hamı gedir. Yol keçidlərində hər tərəfə baxmağa məcbursan. Əvəzində burdakı insanlar çox mehribandılar, həmişə kömək etməyə hazırdılar. Burda sadəcə ailəm üçün darıxıram. Çünki doğmalarım hamısı vətənimdədi. Oğlum anası ilə orda yaşayır. Yeni rəfiqəm Şana (22 yaşlı idmançı) da Belçikadadı. Onunla 33 yaşımı qeyd edəndə görüşmüşdüm. Amma belə, hər şeyim var”.