12 sentyabr 2011 18:23
Mpenza: Mümkündü ki, bu qış və ya gələn yay Belçikaya qayıdım
“Neftçi”nin belçikalı hücumçusu Emil Mpenza hesab edir ki, Azərbaycanın 3 aparıcı klubu onun ölkəsinin güclülər dəstəsində çıxış edə bilər. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Hesab edirəm ki, ötən mövsüm ilk üçlükdə yer alan klublar (“Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”) Belçika çempionatında minimum ilk onluğa düşə bilər. “Neftçi”nin UEFA Çempionlar Liqasında Zaqreb “Dinamo”suna məğlubiyyəti (0:3 səfərdə, 0:0 evdə) sizdə yanlış təəssürat yaratmasın. Hesab həqiqəti əks etdirmir. Xorvatların cəmi 3 imkanı oldu ki, onların da hamısından yararlandılar”.

Mpenza Hollandiya mətbuatına müsahibəsində öz hazırlığından və Belçikaya qayıtmaq istəyindən də danışıb: “Fiziki cəhətdən məndə hər şey qaydasındadı. Ötən mövsüm mən 13 qol vurdum. Təbii ki, əvəzedici heyətdəki qolları da nəzərə almaqla. Daha sonra bizdə baş məşqçi dəyişikliyi oldu. Ötən mövsüm mən Azərbaycanda ilk tituluma yiyələndim. Amma bu, ümumilikdə ilk titulum idi. Karyeramı isə Belçikada bitirmək istəyirəm. Mümkündü ki, bu qış və ya gələn yay yenidən Belçika çempionatında çıxış edim. Karyerama öz ölkəmdə başlamışam və orda da bitirmək istəyirəm”.