12 sentyabr 2011 18:40
Alessandro: Neftçinin təmiz qolunu saymadılar
"Neftçi"nin braziliyalı futbolçusu Alessandro Viana da Silva "Xəzər Lənkəran"la qarşılaşmadan sonra fikirlərini klubun rəsmi saytına bildirib. Azerisport.az xəbər verir ki, müdafiəçi "Neftçi"nin daha yaxşı oyun göstərdiyini deyib:
"Biz məğlubiyyətə layiq deyildik. Əminliklə deyə bilərəm ki, "Neftçi" daha yaxşı oynadı. Bizim təmiz qolumuzu saymadılar. Slavço Georgievskinin qol vurduğu epizodda oyundankənar vəziyyətdə deyildim. Flavinyo topu mənə atanda, rəqib müdafiəçi ilə eyni xətdə dayanmışdım. Bu, videotəkrardan da açıq-aşkar görünür. Hər kəs gördü, təkcə yan hakimdən başqa. Mənə təsir edən budur ki, təmiz qolumuzun hesaba alınmaması bir tərəfə, təsadüfi qolla məğlub olduq".
