12 sentyabr 2011 19:01
Səmədov: Rusiya millisinə dəvət almaq üçün var gücümlə çalışacağam
Moskvanın “Dinamo” klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya millisində oynamaq arzusundan əl çəkmək fikrində deyil. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına növbəti müsahibəsində bir daha deyib ki, qonşu ölkənin millisinə düşmək üçün əlindən gələni edəcək:
“Bunun üçün var gücümlə çalışacağam. Mən ruhdan düşmürəm və milliyə dəvət olunmadığıma görə heyfislənmirəm. Yuri Krasnojanla görüşümüzdə belə qərara gəldik ki, ikinci millidə oynamayım. Hazırkı klubumda oynamaq ikinci yığmada çıxış etməkdən daha faydalıdı”.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədovun Aleksandr Səmədovla görüşündən sonra onun yığmamızda çıxış edəcəyinə dair ümidlər yaranıb. Lakin görünür o, fikrini dəyişmək istəmir.