12 sentyabr 2011 20:33
Yığmamızdan FİFA reytinqində 15 pilləlik irəliləyiş
Futbol üzrə Azərbaycan milli komandası sentyabr ayı üçün açıqlanacaq FİFA reytinqində 15 pillə irəliləyəcək. Azerisport.az football-rankings.info saytına istinadən xəbər verir ki, sentyabrın 21-də açıqlanmalı olan yeni reytinq siyahısı artıq indidən məlumdu.
Belə ki, AÇ-2012-nin seçmə mərhələsində Belçika ilə 1:1 oynayan, Qazaxıstana isə 3:2 hesabı ilə qalib gələn Berti Foqtsun komandası reytinq siyahısında 15 pillə irəliləmiş olacaq. Millimiz 359 xalla siyahıda 97-ci pilləyə qədər irəliləyəcək.
Ümumilikdə isə siyahıya yenə də İspaniya yığması başçılıq edir. Siyahının sonuncu pilləsində isə Andorra və San Marino milliləri qərarlaşıb.
