12 sentyabr 2011 11:22
PFL təxirə salınmış oyunun başlama vaxtını açıqladı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunun təxirə salınmış "Sumqayıt Şəhər" - "İnter" qarşılaşmasının keçirilmə tarixi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayııb.
Məlumatda bildirilir ki, "Sumqayıt Şəhər" - "İnter" oyunu 14 sentyabr tarixində keçiriləcək. Oyun saat 17:00-da başlayacaq.
Xatırladaq ki, bu qarşılaşma Sumqayıt təmsilçisinin bir sıra futbolçularının yığma komandaların düşərgəsində olması səbəbindən təxirə salınmışdı.
Premyer Liqa
4-cü turun oyunu
14 sentyabr (çərşənbə)
Sumqayıt Şəhər - İnter
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 17:00
