12 sentyabr 2011 19:18
Mövsümün açılış turu sülhlə başa çatdı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda açılış – 1-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, mövsümün ilk turunun son oyun günündə bir görüş keçirilib.
"Həkəri" evdə "Göyəzən"i qəbul edib. Qarşılaşma Sumqayıt şəhərinin "İnşaatçı" stadionunda baş tutub. Tərəflərin 90 dəqiqəlik cəhdlərinə rəğmən, hesab açılmayıb və beləcə yeni mövsümün ilk turu sülhlə bitib.
Birinci divizion
1-ci tur
12 sentyabr (bazar ertəsi)
Həkəri - Göyəzən- 0:0
Hakimlər: Xəlil Hüseynli, Rasim Əhmədov, Qəzənfər Məmmədov, Ziya Nəsirov
Sumqayıt şəhəri, "İnşaatçı" stadionu.
