12 sentyabr 2011 11:35
Türklər Amitin debütünə 5 verdilər
Türkiyə mətbuatı bu ölkənin Bank Asya birinci liqasında çıxış edən “Kayseri Erciyesspor” klubunda çıxış edən milli komandamızın üzvü Amit Quluzadənin oyununa qiymət verib. Azerisport.az xəbər verir ki, mövsümün açılış turunun “Bucaspor”la oyununun 74-cü dəqiqədə meydana daxil olan həmyerlimiz 5 balla qiymətləndirilib.
Qeyd edək ki, Amitin komanda yoldaşlarından yalnız üçü ondan daha yüksək qiymət ala bilib. Kayserililərin 5 futbolçusu Quluzadədən aşağı qiymət alarkən, daha 5 futbolçu da həmyerlimizlə oxşar bala layiq görülüb.
Xatırladaq ki, Amit bu oyuna 74-cü dəqiqədə daxil olub. O, meydana çıxarkən komandası “Bucaspor” qarşısında 0:1 hesabı ilə geridə olub. Məhz Quluzadənin meydana çıxmasından sonra Kayseri təmsilçisi hesabı bərabərlərləşdirməyə nail olub.
