12 sentyabr 2011 11:55
Vaqif Sadıqovun Volqa üzərində qələbəsi və fikirləri (VİDEO)
Azerisport.az sizi ötən gün keçirilən Rusiya Premyer Liqasının 23-cü turunun “Anji” – “Volqa” matçından hazırlanan videoreportajla tanış edir. Qeyd edək ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun meydana çıxardığı Mahaçqala təmsilçisi bu görüşdə 2:1 hesablı əzmkar qələbəyə sevindi. Nijni Novqorod klubunda çıxış edən Vaqif Cavadov isə bu dəfə oynamayıb.
