12 sentyabr 2011 00:11
Millimizin üzvü oynadı, Volqa qələbə qazandı
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Anji” ilə səfər oyununun iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Qurbanov matçı əvəzedilmədən keçirib. Qarşılaşmaya gəlincə, Nijni Novqorod təmsilçisi artıq matçın 3-cü dəqiqəsində hesabı açıb. 24-cü dəqiqədə daha bir qol vuran qonaqlar fasiləyə yollanmazdan 1 dəqiqə öncə öz qapılarında qol görsələr də, fasilədən sonra qələbəni təmin ediblər 3:1.
Bu qələbə sayəsində, Qurbanovun komandası turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisinin hücumçusu Vaqif Cavadov da forma geyir. Lakin o, son turda “Anji” ilə oyunun iştirak ərizəsinə də salınmayıb.
